Neftin dəhşətli bahalaşması

🗓 27.01.2015 13:15 ✍️ "Elçi" qəzeti
Neftin dəhşətli bahalaşması
084OPEK başçısı əl-Bədri çoxdan gözlənilən açıqlamanı verdi OPEK başçısının açıqlamasından sonra neft sürətlə bahalaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə, OPEK sədri Abdulla əl-Bədri bildirib ki, neftin qiyməti bundan aşağı düşməyəcək. OPEK başçısı həm də bildirib ki, yaxın günlərdə neft bahalaşmağa başlayacaq. Onun sözlərinə görə, sərmayə qoyuluşu lazımi səviyyədə olmazsa, üç-dörd ilə neftin barreli 200 dollara qalxa bilər. Bu gün səhər bazarlar bu bəyanata reaksiya verib. Bakı vaxtı ilə səhər saat 9.40-da Brent neftinin barreli 0,08 dollar bahalaşaraq 48,24 dollara, Texas neftinin barreli isə 0,04 dollar bahalaşaraq barreli 45,19 dollara qalxıb. Bununla belə, təhlilçilər bazara ciddi təsirin OPEK-in ilin ortasında hasilatın səviyyəsi ilə bağlı keçirəəcyi iclasdan sonra mümkün ola biləcəyini ehtimal edirlər.
ANS PRESS

Bənzər yazılar