"Neftçi"nin oyununda dava düşdü - Video

🗓 23.05.2025 23:45 ✍️ "Elçi" qəzeti
"Neftçi"nin oyununda dava düşdü - Video
Əvəzedicilər Liqasında XXXVI turun "Sabah-2" - "Neftçi-2" matçında futbolçular arasında dava düşüb. Elchi.az Teleqraf-a istinadən xəbər verir ki, 53-cü dəqiqədə qonaq komandanın legioneri Andrey Santos meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskini topla yerə yıxıldığı vaxt ayağından vurub. Santos bu yolla topu Salyanskidən almaq istəyib. Bunun qarşılığında "Neftçi-2"nin forvardı ayağa duraraq, "Sabah-2"nin oyunçusunun boğazından yapışıb. Tərəflər arasında insidentin böyüməsinə komanda yoldaşları imkan verməyib. Baş hakim Fərid Hacıyev Salyanskiyə birbaşa qırmızı, Santosa sarı vərəqə göstərib. Həmin vaxt "Neftçi-2" 2:0 hesabı ilə öndə olub. Say üstünlüyündən yararlanan "Sabah-2" qalan dəqiqələrdə hesabı bərabərləşdirib. Bu nəticədən sonra hər iki lider komandanın xalları 69 olsa da, daha üstün göstəricilərə malik "Sabah-2" 1-ci yeri tutub və Azərbaycan çempionu olub.

Bənzər yazılar