“Neftçi”nin azarkeş qrupu “Men in Black” İstanbulda “Beşiktaş”ın stadionuna buraxılmayıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, buna azarkeşlərin köynəklərində maskalı və əlində fişəng olan fanatın əks olunması səbəb olub.
Bəzi fanatlar stadiona daxil olsalar da, azarkeş hərəkatının bayrağını arenaya keçirmək mümkün olmayıb.
“Beşiktaş”ın nümayəndələri Bakıdan olan azarkeş hərəkatının üzvlərinə kömək etməyə çalışsalar da, UEFA nümayəndələri buna qarşı çıxıblar. Onlar bu görüntünü xuliqanlıq rəmzi kimi dəyərləndiriblər.
Bununla yanaşı, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında hər iki klubun azarkeşləri birlik və qarşılıqlı hörmət nümayiş etdiriblər. Həmin axşam klubun 700-ə yaxın sadiq azarkeşi “Neftçi”ni dəstəkləmək üçün stadiona gedib.
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. AFFA-dan Elchi.az-a verilən məlumata görə, o, UEFA Avropa Liqasının III təsnifat...





















Son şərhlər