“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.
Bu barədə Elchi.az-a Bakı klubundan məlumat verilib.
Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hunday” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək
Fransa Futbol Federasiyası (FFF) qarşıdan gələn FİFA prezident seçkilərində hazırkı qurum rəhbəri Canni İnfantinonu dəstəkləməmək qərarına gəlib. Elchi.az xəbər verir...




















Son şərhlər