“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.
Bu barədə Elchi.az-a Bakı klubundan məlumat verilib.
Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hunday” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb. Elchi.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 final mərhələsində İngiltərənin “Bukovina Badeuti”...





















Son şərhlər