“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.
Bu barədə Elchi.az-a Bakı klubundan məlumat verilib.
Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hunday” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb
"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub. Elchi.az Peşəkar Futbol Liqasına istinadən...





















Son şərhlər