“Neftçi” üçün rumıniyalılar

🗓 29.07.2014 12:46 ✍️ "Elçi" qəzeti

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçınıncd45bc0ebfc47d87029db74e58298940 hakimləri müəyyənləşib.

Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 8-ci km qəsəbə stadionunda baş tutacaq oyun rumıniyalı hakimlər briqadası həvalə olunub. Oyunun baş hakimi Kristian Balaj olacaq. Onun yardımçıları isə Sebastian Corc və Ovidiu Artene, dördüncü hakim isə Katalin Sorin Popadır.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da keçiriləcək.

Bənzər yazılar