“Neftçi” növbəti mərhələdə!!!
Bakının “Neftçi” klubu 2014/15 mövsümündə ilk səfər matçına çıxıb. Apasport.az saytının məlumatına görə,
paytaxt təmsilçisi Avropa Liqasına II təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb.

Böyükağa Hacıyevin yetirmələri Sloveniyada “Koper”in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan “Neftçi” mərhələ adlamaq üçün çətin işin öhdəsindən gəlib. Komandamız səfərdə "Koper"ə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
24 iyul
"Koper" (Sloveniya) - "Neftçi" - 0:2
Qollar: Mirhüseyin Seyidov, 21; Karlos Kardoso, 84
Qırmızı vərəqə: Yaka Ştromayer ("Koper")
Baş hakim: Benoit Millot (Fransa)
Koper. SRC Bonifika stadionu
KOPER: 25. Bojidar Radoçeviç, 5. Miha Blajiç, 7. İviça Quberaç (k), 11. Periça İvetiç, 20. Domen Çrniqoy, 14. Qoran Qaleşiç, 16. Denis Haliloviç, 27. Damir Hadjiç, 29. Matey Palçiç, 30. Yaka Ştromayer, 33. Miroslav Çovilo.
Ehtiyat oyunçular: 1. Ermin Hasiç, 3. Miha Qreqoriç, 4. Denis Şme, 8. Urban Jibert, 18. Leo Ştulaç, 10. Mitya Lotriç. 49. Matey Puçko.
Baş məşqçi: Rodolfo Vanoli.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 25. Cavid İmamverdiyev, 95. Elvin Bədəlov. 21. Samir Məsimov, 27. Məqsəd İsayev,23. Ruslan Qurbanov
Baş məşqçi: Böyükağa Hacıyev.