"Neftçi" dörd qol vurdu, məğlub oldu...

🗓 22.08.2014 01:26 ✍️ "Elçi" qəzeti
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.40287

Qol.Az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən olan “Neftçi”də bu gün meydana çıxıb.

Böyükağa Hacıyevin komandası səfərdə  Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 23:15-də başlayan görüşdə qapılara 5 qol vurulub. Hesabda 2:0 önə keçən "Neftçi" sonradan üstünlüyünü əldən verərək meydanı məğlub tərk edib - 2:3. 

Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi. 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

Bənzər yazılar