Neft qısa müddətdə 100 dollara qalxacaq

64

2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək, çünki məhdud təklif artan tələbatla üst-üstə düşür.

Elchi.az xəbər verir ki, bu barədə “Eurasia Group” konsaltinq firması məlumat yayıb.

“COVİD-0 siyasətindən qəfil çıxmasından sonra Çin iqtisadiyyatının bərpası gözlənildiyindən daha sürətli olduğu üçün, həmçinin ABŞ-ın dərin olmayan tənəzzülündən sonra neft bazarı bu il silkələnmə yaşamağa hazırlaşır”, – deyə bildirilir.

Müəlliflərin sözlərinə görə, bu iki amil xam neftə tələbi artıracaq və yeni tədarükün ciddi çatışmazlığını ortaya çıxaracaq.

“Davam edən sanksiyalar fonunda Rusiya istehsalının azalması, OPEK+ ehtiyat potensialının aşağı səviyyəsi, qeyri-OPEK hasilatına kapital qoyuluşunun azalması və İranla nüvə sazişinin olmaması ilə problem daha da dərinləşir”.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 79,12 dollaradır.