ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı humanitar böhranla bağlı telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahuya qışqırıb.
Elchi.az xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Netanyahu Trampa telefonla Qəzza zolağında baş verən kütləvi qıtlığın həqiqətə uyğun olmadığını və bu xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu deyib… Tramp Netanyahunun sözünü kəsərək aclığın saxta olduğunu və köməkçilərinin ona sübutlar göstərdiyini eşitmək istəmədiyini söyləyərək qışqırmağa başlayıb”, – deyə məlumatda bildirilir.
Telekanalın məlumatına görə, insident onların iyulun 28-də telefon danışığı zamanı baş verib. Qeyd olunur ki, Ağ Ev nümayəndələri və İsrail rəsmiləri insidentlə bağlı şərh verməkdən imtina ediblər.
Nuranə Məmmədova


















