"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Nazirlər çıxarılır, baş nazirə isə toxunulmur: Səbəb nədir?

15 Noyabr 2015 - 15:14
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Nazirlər çıxarılır, baş nazirə isə toxunulmur: Səbəb nədir?
Prezidentin sərəncamı əsasında ölkədə strateji əhəmiyyətə malik olan nazirliklərin rəhbərləri vəzifələrindən kənarlaşdırıldı. Son olaraq milli təhlükəsizlik naziri Eldar Mahmudov və Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun tutduqları postdan azad edilməsi, hakimiyyət daxilində gedən bir sıra gizli  məqamları ortaya çıxardı. Bunu iqtidara yaxın olan şəxslər də təsdiq etdilər ki, gerçəkdən də son olaylar, Azərbaycan hakimiyyəti ilə yanaşı, dövlətə də qarşı çevrilmiş planların üstünü açdı.
Eyni zamanda onu da qeyd edək ki, bir zamanlar səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, təhsil naziri Misir Mərdənov, müdafiə naziri Səfər Əbiyev də vəzifədən azad edildikdən sonra onlarla bağlı bu kimi müxtəlif məlumatlar mətbuat səhifələrində öz əksini tapmışdı. Proseslər göstərdi ki, demək olar ki, ölkədə ciddi nöqsansız çalışan nazirlik yoxdur.
Lakin bu qədər nazirin vəzifədən azad edilməsinə baxmayaraq, ölkənin 1996-cı ildən indiyə qədər baş naziri olan Artur Rəsizadə hələ də tutduğu postdadır.
Bəs nazirlər vəzifələrindən azad edildiyi halda, baş nazirə nə üçün toxunulmur?
Məsələ ilə bağlı musavat.com-a politoloq Natiq Miri danışıb. O, bildirib ki, bunun səbəbi müxtəlifdir:“Bunun ilk səbəbi odur ki, ölkədə demokratik idarətetmə sistemi mövcud deyil. Nəticə olaraq, təbii ki, hakimiyyətin qolları biləvasitə ali icra hakimiyyətinə bağlıdır. Həmçinin, bu gün həm qanunverici, icraçı, həm də məhkəmə orqanları, hakimiyyətin qolu kimi məhz ali icra hakimiyyətindən gələn sifarişləri notarial qaydada təsdiq etməklə məşğuldurlar. Lakin sivil və demokratik ölkələrdə  hakimiyyətin qolları bir-birinə nəzarət üçün  düşünülüb. Qarşılıqlı nəzarət sxemində fəaliyyət göstərən bu orqanlar, normal və funksional şəkildə fəaliyyət göstərə bilirlər.  Azərbaycanda isə bundan fərqli bir durum var. Ona görə də,  iki, üç deyil, hətta onlarla nazir müəyyən yanlışlar nəticəsində hakimiyyətdən uzaqlaşdırılsa belə, biləvasitə daha yuxarı vəzifədə olan şəxslər baş naziri vəzifədən azad etməsə, onun özünün istefa verməsi gözlənilmir. Eyni zamanda məsələ burasındadır ki,  Azərbaycanda istefa ənənəsi yoxdur. Çünki Azərbaycan idarəetmə sistemində təşəbbüskarlıq deyə bir dəyər də yoxdur. Heç bir nazir və ya dövlət məmuru, yuxarıdan göstəriş almadan, xüsusi təşəbbüslə çıxış edə bilməz”.
Politoloq son kadr dəyişikliklərinin idarəetmə sisteminə hansı təsir edəcəyindən də danışıb:“Azərbaycanda bu cür dəyişikliklər və yeni kadr təyinatları yaxşı olardı  ki, sistemli şəkildə həyata keçirilərdi. Yəni islahatlar səviyyəsində bu, sistematik dəyişikliklər şəklində baş verməlidir ki, nəticədə də bütün sistemə təsirlər olsun. Ancaq bu gün, bir insanın digəri ilə əvəzlənməsi hadisəsini görürük ki, bu da mahiyyət etibarı ilə elə də böyük dəyişikliyə rəvac verəcək olay deyil. Ona görə də hesab edirəm ki, hələ ki, Azərbaycanda ciddi mənada dəyişikliyi müşahidə edə bilmirik. Məsələ ondan ibarətdir ki, aparılan yeni təyinatlar göstərir ki, bu məsələyə yanaşma sistemli formada deyil. Hadisələr lokal çərçivələrdə həyata keçirilir. Bunun da idarəetmə sisteminə hər hansı ciddi formada təsiri olmayacaq”.
Previous Post

Nazirlər çıxarılır, baş nazirə isə toxunulmur: Səbəb nədir?

Next Post

İlham Əliyev Obama ilə belə görüşdü – Video

Bənzər yazılar

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbirdə Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslər...

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

13 Avqust 2026 - 16:30

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib. Elchi.az-ın xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun 6 fəsildən, 27...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

13 Avqust 2026 - 16:17

Azərbaycanda istilik təchizatı sektorunda idarəetmə və dövlət nəzarəti mexanizmlərinin müasir bazar tələblərinə uyğunlaşdırılması, eləcə də bu sahədə hüquqi tənzimləmənin unifikasiyası...

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

13 Avqust 2026 - 13:30

Regionda sülh gündəliyi məhz Azərbaycanın təşəbbüsü ilə başladılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun...

Next Post

İlham Əliyev Obama ilə belə görüşdü - Video

İlham Əliyev Obama ilə belə görüşdü - Video

Son xəbərlər

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollardan aşağı enib

14 Avqust 2026 - 09:37
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

14 Avqust 2026 - 09:28
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14 Avqust 2026 - 09:15
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

13 Avqust 2026 - 19:15
“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

13 Avqust 2026 - 19:06
Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

13 Avqust 2026 - 18:55
Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

13 Avqust 2026 - 18:44
Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

13 Avqust 2026 - 18:38
Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

13 Avqust 2026 - 18:19
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

13 Avqust 2026 - 18:10
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

13 Avqust 2026 - 17:58
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

13 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.