Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.
Nazirlərin görüşünə gəldikdə isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb”.
Netanyahudan Rəfahdakı hərbi əməliyyatla bağlı sərt açıqlama
Netanyahu: İsrail HƏMAS ilə razılaşmadan asılı olmayaraq Rəfaha daxil olacaq. Elchi.az xəbər verir ki, İsrail atəşkəs və girovların azad edilməsi ilə...