Nazir BSU-ya iki yeni prorektor təyin etdi

49

Bakı Slavyan Universitetinə (BSU) iki yeni prorektor təyin olunub.

Elchi.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmrlər imzalayıb.

Əmrlərə əsasən, tədris işləri üzrə prorektor vəzifəsinə pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov, beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə filologiya elmləri doktoru, dosent Aytən Bayramova təyin olunub.