Şirkətin meneceri dəqiqləşdirib ki, operatorların Rusiya qaz təchizatını tamamilə dəyişdirməsi iki-üç il çəkəcək.
Elchi.az xəbər verir ki,bu barədə İtaliyanın Edison enerji şirkətinin baş icraçı direktoru Nikola Monti 2022-ci il dekabrın 31-də şirkətin Rusiya qazının alınması ilə bağlı müqaviləsinə xitam verildiyini açıqlayıb.
“Edison dekabrın 31-də Rusiya ilə müqaviləni bağladı. Paketimiz şaxələndirilmiş və müstəqildir ki, bu da bizə milli tələbatın 20%-ni təmin etməyə imkan verir, lakin bütün operatorlar indi Rusiya mənbələrini əvəz etməyə çalışırlar”, – Edisonun baş icraçı direktoru La Stampa qəzetinə müsahibəsində bildirib.
Monti, operatorların Rusiya qaz təchizatını tam dəyişdirməsinin iki-üç il çəkəcəyini qeyd edərək, İtaliyanın hazırda ABŞ-dan idxal edə biləcəyi mayeləşdirilmiş təbii qazın (LNG) yenidən qazlaşdırma qabiliyyətinə malik olmadığını əlavə etdi.
Xatırladaq ki, daha əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak Aİ-nin sanksiyalarının regionda qaz qıtlığına səbəb olacağını bildirərək, qazın qiyməti limitindən avropalı təchizatçıların əziyyət çəkəcəyini qeyd etmişdi.
Şayəstə