Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin abidəsi Astanadan götürülüb.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir Nurlan Yermekbayevin əmri ilə “Qazaxıstan Respublikasının ilk prezidenti adına Milli Müdafiə Universiteti — Elbası” adı “Qazaxıstan Respublikası Milli Müdafiə Universiteti” olaraq dəyişdirilib.
Hazırda abidə Müdafiə Nazirliyinin binalarından birində müvəqqəti saxlanılır.(apa)