Mərkəzi Amerika ölkəsi El Salvadorda prezident Nayib Bukele balkon çıxışı edərək, dünən keçirilən seçkilərdə qalib gəldiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Fələstin əsilli Nayib Bukele açıqlama verib.
Nəticələr üçün “Dünya demokratiya tarixində rekord”. Bukele xalqı bayram üçün Prezident Sarayının önünə dəvət edib.
Həyat yoldaşı ilə birlikdə Prezident Sarayının eyvanına çıxan Bukele çıxışında “Dünya tarixində demokratiyanın mövcud olduğu gündən bu yana onlarınki qədər səs nisbəti ilə seçkini qazanan ikinci partiya olmadığını.”söyləyib.
Bukele xalqının seçkilərdə tarix yazdığını, dünyanın ən güvənsiz ölkəsi olmaqdan qərb yarımkürəsinin ən təhlükəsiz ölkəsinə çevrildiyini qeyd edib.
Şayəstə Hüseynova