"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Naxçıvandakı bütün nazirliklər Bakıya tabe etdirilir

25 Noyabr 2022 - 11:51
in CƏMİYYƏT
FacebookVatsap

Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar; muxtar respublikanın nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə izlənir. İddiaya görə, muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb. Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun komitənin inzibati binasına buraxılmadığı da deyilirdi.

Qeyd edək ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb. İsa Həbibbəyli “Unikal”a açıqlamasında Naxçıvan Gömrük Komitəsində yoxlama aparıldığını təsdiqləyib. “Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”, – deyə, o bildirib.

Qeyd edək ki, son vaxtlar Naxçıvan MR rəhbərliyi ətrafında maraqlı hadisələr müşahidə edilir. Bildirilir ki, Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun YAP-ın 30 illik yubileyi keçirilən gün Bakıda olduğu, lakin tədbirə dəvət olunmadığına dair iddialar var. Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsni təmin etməkdir.

Onu da bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe olan Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.

İddialar var ki, Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması vacib hesab edilir. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlara qarşı V.Talıbovun müqavimət göstərə biləcəyi ağlabatan görünmür, amma belə iddialar da var.

Maraqlıdır ki, bir neçə gün əvvəl Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etmişdi. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib və məruzələri dinləyib. Bu əlbəttə ki, sıradan səfər deyildi.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən söz açdı: “Mən ilk olaraq, onu deyim ki, Dövlət Təhlükəsizlik Xidməti son illərdə göstərdiyi fəaliyyətlə özünü ən yüksək pillədə göstərməkdədir. Etiraf edək ki, peşəkar çekist kimi ölkə prezidenti İlham Əliyev tərəfindən DTX-ya rəhbər təyin edilən Əli Nağıyev və onun formalaşdırdığı komanda sözün həqiqi mənasında dövlətin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi olaraq, xarici təhdidlərə qarşı bir müddət öncə İran kəşfiyyat şəbəkəsinin ölkəmizdə ifşa olunması ilə bağlı atılan addımlar və bununla bağlı ciddi uğurlu əməliyyatların həyata keçirilməsini qeyd etmək yerinə düşür. Digər tərəfdən dövlətçiliyimizə hər halda təhlükə törədən korrupsiya hallarına, eləcə də, xoşagəlməz hərəkətlərlə əlaqədar həyata keçirilən əməliyyatlar ənənəvi hal alıb. Bu dövlətçiliyimizin güclənməsinə verilmiş olan əhəmiyyətli töhfələrdir. Digər tərəfdən, ölkə rəhbərinin 2019-cu ildən başlayaraq, bütün istiqamətlərdə həyata keçirmiş olduğu islahatlar, həm də köklü islahatlar davam etdirilir. Onların içərisində struktur islahatları önəmli yer tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının nazirliklərinin komitələrinin Azərbaycan nazirliklərinə, komitələrinə bir hissəsi kimi birləşdiriləcəyi ilə bağlı həyata keçirilən tədbirlər, islahatlar effektiv nəticə verə biləcək islahatlardır. Bir neçə il bundan öncə belə islahatların həyata keçirilməsi çətin olardı. Hətta deyərdim ki, mövcud reallıqlarla üst-üstə düşməyə də bilərdi. Amma 44 günlük müharibədən sonra biz təkcə işğal altında olan torpaqlarımızı azad etmədik, eyni zamanda, Azərbaycan dövlətçiliyi özünün digər üstün tərəfləri ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu islahatlar artıq daha dərin xarakter almağa başlayıb. Eyni zamanda, mənə elə gəlir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən nazirliklərin, komitələrin Azərbaycanın mərkəzi strukturlarına tabe etdirilməsi doğru addım olardı. Təbii ki, davamlı və dərin islahatların aparılması üçün vacib şərtlərdən biridir”.(musavat.com)

Previous Post

Naxçıvandakı bütün nazirliklər Bakıya tabe etdirilir

Next Post

Qüdrət Həsənquliyev: “1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir”

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post
Qüdrət Həsənquliyev: “1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir”

Qüdrət Həsənquliyev: “1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir”

Qüdrət Həsənquliyev: “1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir”

Qüdrət Həsənquliyev: “1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir”

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.