Naxçıvanda vəsaitlər düzgün istifadə edilməyib – Nöqsan

57

Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub.
Elchi.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Muxtar Respublika Ali Məclisinin doqquzuncu sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır.
Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Prezident İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir.
Onun sözlərinə görə, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salındı, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edilib: “Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik”.