Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində “linyit kəndi” kimi tanınan Lützerath şəhərində ətraf mühit fəalları ilə nümayişçilər arasında dava düşüb.
Elchi.az xəbər verir ki, Polis ağac evlərdə yaşayan ətraf mühit fəallarının qurduğu barrikadaları sökərək kəndin mərkəzinə doğru irəliləməyə başlayıb.
Lützerath kəndində linyit kömürü çıxaran enerji şirkəti RWE-yə etiraz edən yüzlərlə nümayişçinin ərazidən çıxarılması qərarına müqavimət göstərəcəklərini bəyan etdikləri, barrikadalar qurduqları, xəndəklər qazdıqları, ağaclara zəncirləndikləri və tikintilər apardıqları müşahidə edildi. Polis və inşaat vasitələrinin qarşısını almaq üçün çatılması çətin olan ağacların zirvəsində barakalar edildi.
Zaman-zaman polislə yerlərini tərk etmək istəməyən nümayişçilər arasında mübahisə və toqquşmalar yaşanmağa başlayıb.
Ətraf mühitin qorunmasının cinayət olmadığını müdafiə edən nümayişçilər polisin sərt davranışını tənqid ediblər.
Kənar rayonlarda barrikadaları götürən polislərin gün ərzində və ya sabah kəndə daxil olması ilə hadisələrin daha da böyüyə biləcəyi gözlənilir.
Şayəstə