Büdcə xərclərində dəyişiklik son vaxtlar Naxçıvan Muxtar Respublikasında aparılan struktur dəyişiklikləri ilə bağlıdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layhəsinin müzakirəsi zamanı deyib.
Samir Şərifov bildirib ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin bazasında Baş İdarə yaradılıb və bu, dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək:
“Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək.
31,1 milyon manatdan 4,1 milyon manat Milli Məclisin xərclərinə, 11,1 milyon manat müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.
Ukrayna və Hindistan ticarəti bərpa etmək barədə razılığa gəliblər
Ukrayna və Hindistanın xarici işlər nazirləri Dmitri Kuleba və Subrahmanyam Jaishankar iki ölkənin ticarət və əməkdaşlığı Ukrayna ərazisində hərbi əməliyyatların...