Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.
intensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.





















