Azərbaycan Hava Yolları aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə Elchi.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib....





















Son şərhlər