Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Elchi.az Report-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmədiyi bildirilib.
“Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə Vatsap hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, Vatsap proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.
İsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. Elchi.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan...





















Son şərhlər