Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Elchi.az Report-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmədiyi bildirilib.
“Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə Vatsap hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, Vatsap proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.
Ağdamın daha 2 kəndində yanğın başladı
Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb. Elchi.az Azərtac-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət...





















Son şərhlər