NATO-nun baş katibi Mark Rutte Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin möhkəm olacağını bildirərək, “Yerdə qoşunlar, havada reaktiv təyyarələr və Qara dənizdə gəmilər olacaq” dedi.
Elchi.az xəbər verir ki, Kiyevdə olan Rutte, Ukrayna Parlamentindəki çıxışında NATO-nun dəstəyini təkrarladı.
O, Rusiya prezidenti Vladimir Putinin “Ukraynanı gözləməklə yormaq” istədiyini, Putinin Ukraynanın zəif olduğuna, tərəfdarlarının zamanla yorulacağına və iradəsinin sarsılacağına inandığını qeyd edərək bildirib.
Rutte deyib: “Amma o, çox yanılırdı. Ukrayna güclüdür və dəstəyimiz sarsılmazdır.”
“Təhlükəsizlik zəmanətləri möhkəmdir”
Rutte bildirib: “Təhlükəsizlik zəmanətləri möhkəmdir və bu, vacibdir. Çünki bilirik ki, bu dəhşətli müharibəyə son qoymaq üçün razılığa gəlmək çətin seçimlər tələb edəcək.” Sülhün davamlı olacağına söz verən Rutte, Putinin öz əhalisindən saysız-hesabsız insanı qurban verməyə hazır olmasına baxmayaraq qalib gəlmədiyini və cəbhə xəttində qazanılan uğurların son dərəcə yavaş və çətinliklə irəlilədiyini bildirib. Rutte əlavə edib ki, Rusiyaya təzyiq və Ukraynaya dəstək davam edəcək və deyib: “Qış soyuq ola bilər, amma yaz mütləq gələcək”.
Şayəstə




















