NATO üzvləri Rusiyanı öz təhlükəsizliklərinə təhlükə sayırlar və bu, NATO-nun Madriddə keçiriləcək sammitində elan olunacaq.
Bunu NATO Baş katibi Yens Stoltonberq “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.
Yens Stoltonberq deyib ki, əgər dünya dəyişirsə, NATO də dəyişir, dünya isə təhlükəli olur: “Biz elan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, bizim təhlükəsizliyimizə, sülh və sabitliyə təhlükədir. Sammitdə qəbul ediləcək sənəddə Çinin yüksəlişinin də bizim maraqlarımız, dəyərlərimiz və təhlükəsizliyimiz üçün çağırış olduğu əksini tapacaq”.
Qeyd edək ki, NATO-nun sammiti 28-30 iyunda Madriddə keçiriləcək.
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...





















Son şərhlər