NATO ölkələrinin xarici işlər nazirləri mayın 31-də Norveçdə keçiriləcək qeyri-rəsmi görüşdə bir araya gələcək.
Elchi.az xəbər verir ki, NATO-dan verilən açıqlamada Norveçin ev sahibliyi etməsi təklif edilən xarici işlər nazirlərinin toplantısının 31 may-1 iyun tarixlərində paytaxt Osloda keçiriləcəyi bildirilib.
NATO-nun baş katibi Yens Stoltenberq mövzu ilə bağlı verdiyi açıqlamada Norveçin təklifinə görə minnətdar olduğunu qeyd edib:
“Doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”.
Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.
Görüş həm də iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır.
Yeganə