NATO-nun sammitində Ukrayna məsələsi müzakirə olunmayacaq
NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Ukraynaya hərbi yardım məsələsi müzakirə
olunmayacaq

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə alyansın aparıcı ölkələrindən birini təmsil edən diplomat bildirib.
Şimali Atlantika İttifaqının zirvə toplantısında, həmçinin, Ukraynanın təşkilata üzvlük məsələsi də gündəmdə olmayacaq.
Bundan əvvəl NATO-nun Raketə Qarşı Müdafiə Sisteminin Rusiyaya tuşlanması məsələsinin müzakirə olunmayacağı barədə məlumat yayılıb.