NATO-nun Rusiya üçün yeni planı üçüncü dünya müharibəsinə doğru addım adlandırıb

121

Müharibədən sonra Rusiya ilə silahlı toqquşma zamanı NATO-da ilk müfəssəl müdafiə planının yaradılması alyansın hücum niyyətləri ilə əlaqələndirilir və bu üçüncü dünya müharibəsinə doğru bir addımdır. Elchi.az xəbər verir ki, bu barədə Lente.ru-ya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin məlumat verib.

Deputat həmçinin Rusiyanın doktrinası bugünkü çağırışları nəzərə alaraq müdafiə xarakteri daşıyır fikrini ifadə edib:

“Biz həmişə bu gün mövcud olan çağırışlara adekvat cavab verə biləcəyik” – deyə o, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirmişdi ki, beynəlxalq təhlükəsizlik sahəsində qeyri-sabit vəziyyətə görə NATO hazırda Rusiya ilə silahlı münaqişə olacağı təqdirdə Soyuq Müharibədən sonra ilk dəfə ətraflı müdafiə planını yaradır.

Havar Şəfiyeva