Amerikanın “Ross” eskadra mina gəmisi və Fransanın “Komandant Biro” freqatı 3 sentyabrda Qara dənizə daxil olacaq.
Axar.az Ria-novostiyə əsasən xəbər verir ki, hazırda regionda NATO-nun yalnız bir gəmisi var – Fransanın kəşfiyyat gəmisi “Dyüpyüi-de-Lom”. O, akvaməkanı sentyabrın 5-də tərk edəcək. Əvvəllər Amerikanın “Vella Qalf” gəmisi də Qara dənizdə idi. O bu gün – 26 avqustda Aralıq dənizinə yollanıb.
Xatırladaq ki, Montre konvensiyasının şərtlərinə görə, Qara dəniz hövzəsinə daxil olmayan dövlətlərin gəmiləri regionda 21 gündən artıq qala bilməzlər. Belə gəmilərin ümumi tonn