NATO generalı: “Rusiya Ukraynaya “örtülü hücum” həyata keçirə bilər...”
Rusiyadan Ukraynaya yön alan, Kiyevin dəstəkləmədiyi, beynəlxalq təşkilatların isə nəzarətdə saxlamadığı humanitar missiya Ukraynanın suverenliyinə “örtülü hücum” demək olacaq. musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bunu öz facebook səhifəsində NATO-nun Avropadakı qüvvələrinin komandanı, general Filipp Bridlav yazıb.
“Humanitar yardımların hamısı yoxlanılmalı, yaxud “Qırmızı Xaç”ın nəzarətinə verilməlidir. Qalan hallarda bu, örtülü hücum anlamına gələcək”, - deyə NATO generalı Kiyevo xəbərdar edib.
Qeyd edək ki, Qərb, NATO alyansı xeyli müddətdir ki, Kremlin humanitar yarım adı altında Ukraynaya hərbi müdaxilə eləməsindən ehtiyatlanır.