"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

NATO-dan Azərbaycana mühüm Qarabağ dəstəyi

19 Mart 2016 - 09:29
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

 NATO-dan Azərbaycana mühüm Qarabağ dəstəyiBaş katib: “Alyans Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”; “NATO-nun Güney Qafqaz siyasəti dəyişməyib…”

İşğalçı Ermənistanda vaxtaşırı Rusiyadan yana bir məyusluq, ona qarşı etimadsızlıq ab-havası yaşanır. Hərgah, bu marionet dövlətin yüzdə yüz varlıq qarantı hər hansı başqa ölkə yox, məhz Rusiyadır. Onun hətta xarici sərhədlərini də rus hərbçiləri qoruyur. Yəni Moskva işğalçı ölkənin arxasından çəkilsə, ondan nə qalacaq – bilinmir.
Son zamanlar isə erməni siyasi isteblişmenti ölkənin yeni təhlükəsizlik qarantının axtaraşına çıxıb. Yenə Rusiyanın başı üzərindən, Kremldən gizli şəkildə Avropa Birliyi ilə, hətta NATO ilə yaxınlaşmaq cəhdləri müşahidə edilir. Xarici işlər naziri Edvard Nalbəndyanın ardınca prezident Serj Sərkisyanın da Brüsselə – NATO baş qərargahına yollanması həm də bundan xəbər verir.
Bəs dünyanın ən böyük hərbi-siyasi alyansının Qarabağ məsələsinə yanaşması necədir, işğalçı Ermənistan günü birində Rusiyanın boyunduruğundan çıxıb yerini Qərbin, NATO-nun yanında eləməyə çalışsa, konkret olaraq Şimali Atlantika blokunun konfliktə yanaşması necə olacaq, indikindən prinsipial olaraq fərqlənəcəkmi?
İş ondadır ki, Qarabağ məsələsində alyansın hazırkı prinsipial mövqeyi NATO Parlament Assambleyasının müvafiq qətnamə və bəyaannamlərində dəfələrlə əksini tapıb. Bu da Azərbaycan da daxil, Güney Qafqaz ölkələrinin ərazi bütövlüyünün, suverenliyinin qeyd-şərtsiz dəstəklənməsindən ibarətdir. Yəni bütünlüklə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə ATƏT prinsiplərinə söykənən bir mövqedir. Bu mövqe Şimali Atlantika blokunun Qarabağ məsələsinə son yanaşmasında bir daha əksini tapıb.
“NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini siyasi iradə göstərməyə və konflikti danışıqlar yolu ilə həll eləməyə çağırır”. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin “Azadlıq” radiosunun erməni redaksiyasının münaqişə ilə bağlı ona ünvanlandığı məktuba cavabında bildirilir. 
Şimali Atlantika bloku tərəfləri konstruktiv olmağa çağırıb: “Müttəfiqlər üçün həlli uzanan bu cür konfliktlər xüsusi narahatlıq üçün əsasdır. Biz Qafqazda sülh və sabitliyə hələ də Avroatlantika təhlükəsizliyinin əsas elementlərindən biri kimi baxırıq. Biz region ölkələri ilə həm siyasi, həm də praktik aspektlərdə əməkdaşlığı davam etdirəcəyik”.
NATO qeyd edir ki, münaqişə təkcə narahatlıq predmeti olaraq qalmır, həm də “Avroatlantik ailəsini üzvləri kimi bölgə xalqlarına öz potensialını tam açmağa mane olur”. Alyans sənəddə həmçinin, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib. Qeyd olunur ki, NATO bu kontekstdə Cənubi Qafqazdakı konfliktlərin həmin prinsiplər və beynəlxalq qanun, BMT Xartiyası və Helsinki Yekun Aktı əsasında dinc həllinə yönəlik bütün səyləri dəstəkləməkdə davam edir.
Lakin NATO Qarabağdakı təmas xəttində insan itkilərindən necə yayınmaq və ön xətdən snayperləri çəkməyin lazım olub-olmaması ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib. “Danışıqları ATƏT-in Minsk Qrupu aparır. Biz Minsk Qrupunun rolunu bütünlüklə dəstəkləyirik və NATO-nun ayrıca rolunun zərurətini görmürük. NATO-nun Güney Qafqaz siyasəti dəyişməyib” – bəyanatda daha sonra vurğulanır.
***
Göründüyü kimi, Alyans bir daha erməniləri məyus eləməklə regionda münaqişələrin müstəsna olaraq dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu, sərhədlərin zorla dəyişdirilməsinə qarşı çıxdığını ortaya qoyub. Bu mövqe əlbəttə ki, işğalçıya rəğbət bəsləyən və lüzumsuz öz müqəddəratını təyinetmə prinsipini ortaya atan Minsk Qrupun həmsədrlərinin mövqeyi ilə üst-üstə düşmür. Hərçənd, NATO formal da olsa, Minsk Qrupunu rolunu qiymətləndirir. Ancaq diqqət edildisə, məhz rolunu qiymətləndirir, mövqeyini yox. Bunlar isə prinsipial fərqli şeylərdir – hansı fərq ki, alyansın Qarabağ məsələsinin həllinə son yanaşmasında açıq şəkildə əksini tapıb (ərazi bütövlüyü və suverenlik müdafiə olunmaqla).
Previous Post

NATO-dan Azərbaycana mühüm Qarabağ dəstəyi

Next Post

Azərbaycan nefti 43 dollaradək bahalaşdı

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post

Azərbaycan nefti 43 dollaradək bahalaşdı

Azərbaycan nefti 43 dollaradək bahalaşdı

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.