NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina Azərbaycana və Ermənistana səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə eadaily.com Şimali Atlantika Müqaviləsi Təşkilatının Brüsseldəki qərargahına istinadən xəbər verir.
Səfər bu həftə baş tutacaq və regional xarakter daşıyacaq.
“Səfər iki ölkə rəsmiləri arasında müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə yüksək rütbəli rəsmilərlə regionun təhlükəsizliyi və NATO-nun bu ölkələrlə tərəfdaşlığı ilə bağlı baş verənlər barədə fikir mübadiləsi aparacaq”, – deyə qərargahın məlumatında deyilir. Səfərin dəqiq tarixi isə hələ ki, açıqlanmayıb.
Yeganə