Avropada bu il NATO müttəfiqlərinin hava məkanına yaxınlaşan Rusiya hərbi təyyarələrinə qarşı ən azı 300 müdaxilə edilib.
Elchi.az xəbər verir ki, bu barədə NATO açıqlama verib.
NATO-nun Avropadakı Hərbi Hava Qüvvələri 2023-cü ildə Rusiya hərbi təyyarələrinin müttəfiqlərin hava məkanına yaxınlaşmasının qarşısını almaq üçün ən azı 300 dəfə hərəkətə keçsə də, bu tutmaların əksəriyyəti Baltik dənizi üzərində baş verib.
Bəyanatda həmçinin vurğulanıb ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra NATO şərq cinahının hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib, o cümlədən döyüş təyyarələri, müşahidə uçuşları və qurudan müdafiə sistemləri artırılıb.
Nuranə Məmmədova