NASA, orbitində sürətlə hündürlüyünü itirən və atmosferə daxil olduqda yanmasının qarşısını alan Neil Gehrels Swift Kosmik Teleskopunu xilas etmək üçün başladılan missiyanın uğursuz olduğunu açıqladı.
Elchi.az xəbər verir ki, 2004-cü ildə aşağı Yer orbitinə buraxılan kosmik teleskop, son zamanlar artan günəş aktivliyi və atmosfer sürtünməsi səbəbindən orbitini sürətlə itirməyə başlayıb.
NASA, teleskopun bu ilin sonlarında atmosferə daxil olduqda dağılmasının qarşısını almaq üçün Arizonada yerləşən Katalyst Space Technologies ilə 30 milyon dollarlıq müqavilə imzalamışdı.
Xilasetmə planının bir hissəsi olaraq, məqsəd Katalyst tərəfindən hazırlanmış “LINK” kosmik gəmisinin Swift ilə birləşməsi və teleskopu aylar ərzində daha yüksək orbitə çıxarması idi. 3 iyulda Northrop Grumman-ın Pegasus XL raketi ilə buraxılan LINK, buraxılışdan qısa müddət sonra mövqe və istiqamət problemləri ilə qarşılaşmağa başladı. Mühəndislərin proqram təminatını yeniləmək və kosmik gəminin fırlanma sürətini yavaşlatmaq səylərinə baxmayaraq, mövqe idarəetmə sistemindəki nasazlıqlar həll edilə bilmədi. NASA, ortaya çıxan texniki problemlərə görə orbitin təkmilləşdirilməsi missiyasını rəsmi olaraq dayandırdığını açıqladı.
Şayəstə





















