İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasına görə, İndoneziyada zəlzələnin episentri Ruteng şəhərindən 32 kilometr şimal-şərqdə olub.
Zəlzələnin 10 kilometr dərinlikdə və 5,7 bal gücündə olduğu bildirilib.
Hələlik heç bir itki və ya dağıntı barədə məlumat verilməyib.
Şayəstə





















