Oktyabrın 14-də Amerika səmasında görünəcək “atəş halqası” olaraq da bilinən həlqəvi Günəş tutulması alimlərə Günəşi və Yer atmosferini daha yaxından araşdırma imkanı verəcək.
Elchi.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) rəsmi internet saytında yayımlanan xəbərdə, tutulma zamanı günəş işığının azalmasının Yerin “ionosfer” adlanan atmosfer təbəqəsinə necə təsir etdiyini araşdırmaq üçün 3 zond raketinin atılacağı bildirilib.
Xəbərdə günəş tutulmalarının alimlərə Günəşi və onun Yerlə qarşılıqlı əlaqəsini bənzərsiz üsullarla araşdırmaq imkanı verdiyi vurğulanıb.
Şayəstə Hüseynova