"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Narkomanlar məcburi müalicəyə göndərilməlidir”

07 May 2016 - 08:36
in MANŞET
FacebookVatsap

<font color=red><b>“Narkomanlar  məcburi müalicəyə göndərilməlidir”</b></font>

Qüdrət Həsənquliyev: “Onları həbsxanalara doldurmağın heç bir xeyri yoxdur”

Bunu da oxuyun

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlon Mask uçan Tesla-nı təqdim etdi

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Dəyişikliklər mütərəqqi xarakter daşıyır və biz bunu dəstəkləyəcəyik. Amma daha mütərəqqi olardı ki, biz 234-cü maddədə – qanunsuz olaraq narkotik maddələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsində – bu işlə məşğul olan vətəndaşlar bu tipli cinayətlərin açılmasında hüquq mühafizə orqanları ilə yaxından əməkdaşlıq edərlərsə cinayət məsuliyyətindən azad olunsunlar. 234-cü maddənin birinci hissəsinə də diqqəti yönəltmək istəyirəm. Burada göstərilir ki satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə saxlanılanlar 3 ilədək müddətdə azadlıqdan məhrumetməklə cəzalandırılırlar”.
Bu fikirləri dünən Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsələndirib. O, əlavə edib ki, şəxsi istehlak miqdarı isə 0,4 qram nəzərdə tutulur: “Biz qəbul etmişik ki, narkomanlıq cinayət sayılmır, bu bir xəstəlikdir. Bu xəstə olduğu üçün kimdənsə özünün istifadəsi üçün narkotik maddə alır. Məsələn 0,1 qr artıq narkotik alır. Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu nəyə lazımdır?! Biz indi bu adamı həbsaakaya göndərməliyik ki, niyə 0,1 qram artlıqdır?”.
BAXCP sədri diqqətə çatıdırıb ki, dünyanın əksər ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə artıq marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb: “Onlar başa düşürlər ki, qadağalar yolu ilə bununla mübarizə aparmaq heç bir effekt vermir. Bunu leqallaşdırmaq lazımdır ki, narkotikdən istifadə edən şəxslərin də dəqiq dairəsi bilinsin. Həmin adamlar lazım gəldikdə nəzarət altında olsunlar. Onlarla müəyyən iş aparılsın, müalicələri təşkil olunsun”.
Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Qüdrət Həsənquliyev Azərbaycanda həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğunu xatırladıb: “Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də yalnız satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.
Qüdrət Həsənquliyev əlavə edib ki, bu yaxınlarda Ədliyyə Nazirliyinm Penitemnsiar Xidməti tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə dəvət ediliblər və məhkumların əl işləri ilə tanış olublar: “Orada bizdən xahiş etdilər ki, biz, həm də bu məsələni qaldıraq. Orada çox gözəl süvenirlər, ayrı-ayrı məhsullar hazırlanır. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi Penitensiar Xidmətlə əməkdaşlıq etsin və süvenirlər sifariş versin. Onlar əməyə cəlb olunublar və həm də müxtəlif peşələrə yiyələnirlər. Bir müddət öncə mən, qadın cəzaçəkmə müəssisəsində də olmuşdum. Orada qadınların da əl işləri ilə tanış olmuşduq. Çox gözəl xalçalar toxuyurlar. Bizə bildirdilər ki, məhkumlar azadlığa çıxandan sonra yenidən həbsxanaya qayıdırlar. Bunun da əsas səbəbi onların azadlıqda olarkən iş tapa bilməməsi və yenidən cinayət törətməsidir. Tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində işəgötürənlər məhkum olunmuş şəxsləri işə götürməkdə maraqlı olmurlar. Bu mənfi tendensiyanın aradan qaldırılması üçün qanunvericilikdə müvafiq stimullaşdırıcı qaydalar qəbul olunub, vergi cinayətləri nəzərdə tutulub ki, hər hansı müəssisə məhkum olunmuş şəxsləri işə götürdüyü halda ona hər hansı vergi güzəştləri tətbiq edilsin. Yəni bu insanların yenidən həyata qaytarılması, cəmiyyətlə qaynayıb qarışması üçün mütləq müvafiq tədbirlər görülməlidir. Burada 18-ci maddədə residiv cinayətlərin sayının azaldılması üçün yüngülləşdirici yeni bəndlər əlavə edildi. Ona görə ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluğu olan şəxslər, yetkinlik yaşına çatmayanların törətdiyi əməllər residiv cinayət kimi qəbul olunmasın”.

Previous Post

“Narkomanlar məcburi müalicəyə göndərilməlidir”

Next Post

Davudoğlu niyə istefa verdi?

Bənzər yazılar

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Elchi.az xəbər verir ki, təbrik mətnində deyilir: "Sizi...

İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35

Cümə axşamı günü Tesla-nın baş direktoru Elon Mask uçma qabiliyyətinə malik yeni avtomobili – elmi fantastika və cizgi filmlərində uzun...

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

16 Oktyabr 2026 - 09:46

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini Azərbaycan jurnalistlərinin IX qurultayı münasibətilə təbrik edib....

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Next Post

Davudoğlu niyə istefa verdi?

Davudoğlu niyə istefa verdi?

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.