Vaşinqton və London daxili münaqişələri həll etməlidir.
Elchi.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ və Britaniyanı İranı tək buraxıb daxili məsələləri həll etməyə, daha doğrusu, cəhənnəmə getməyə çağırıb.
“Anqlo-saksonlara daxili vətəndaş münaqişələri ilə məşğul olmaq tövsiyə oluna bilər. Köhnə dostuna – şeytanın yanına getmək daha yaxşıdır ” Narışkin beynəlxalq təhlükəsizlik toplantısında deyib.
O, həmçinin qeyd edib ki, Vaşinqton və London mart ayında Səudiyyə Ərəbistanı ilə İran arasında əməkdaşlığın gücləndirilməsinə son dərəcə həssas yanaşırlar. Onun sözlərinə görə, ABŞ-da “Yaxın Şərq”in birliyinin möhkəmlənməsi onun bu regionda uzunmüddətli səylərinin uğursuzluğuna işarə kimi qiymətləndirilir.
Şayəstə Hüseynova