Xəbər verdiyimiz kimi, ötən gün Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, Nardaranda elektrik enerjisinin verilişinin nə zaman bərpa olunacağı bəlli deyil.
Qurum rəsmisi bəyan edib ki, abonentlər borclarını ödəməsələr elektrik enerjisinin verilişi bərpa olunmayacaq.
`Noyabr ayının 20-də bütün abonentlərə müraciət etmişdik. Bildirmişdik ki, elektrik enerjisinə görə borclu abonentlərin işığı kəsiləcək. Kim borcunu ödəmirsə, onlara elektrik enerjisinin verilişi bərpa olunmayacaq. Kim borcunu ödəyirsə, onun da işığı veriləcək”,-deyə T.Mustafayev qeyd edib.