İtaliya A Seriyasının 27-ci həftəsində Napolidə qonaq olduğu “Yuventus”u 2:1 hesabı ilə məğlub edərək, liqada ardıcıl 2-ci qələbəsini qazanıb.
Elchi.az xəbər verir ki, İtaliya A Seriyasının 27-ci həftəsində keçirilən nəhəng matçda ” Napoli” və ” Yuventus” üz-üzə gəlib.
Dieqo Armando Maradona Stadionunda oynanan qarşılaşmada “Napoli” “Yuventus”u 2-1 hesabı ilə məğlub edib, son anları böyük həyəcana şahidlik edib.
“Napoli”yə qələbə qazandıran qolları 42-də Xviça Kvaratsxeliya, 88-də isə Cakomo Raspadori vurub. “Yuventus”un yeganə xalı 81-ci dəqiqədə Federiko Kyezadan gəlib.
“Napoli”də Viktor Osimhen 88-ci dəqiqədə penaltidən istifadə edə bilməyib.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan milli futbolçu Kənan Yıldız matçın 76-cı dəqiqəsində Samuel İlinqin yerinə oyuna daxil olub.
Çempionluq yarışında “İnter”dən xeyli geri qalan “Yuventus” həftəni 57 xalla 2-ci pillədə başa vurub. Françesko Kalzonanın baş məşqçi təyin olunmasından sonra yola çıxan “Napoli” 43 xalla 7-ci pilləyə yüksəlib.
Nuranə Məmmədova