"Napoli" klubunun hücumçusu PSJ-yə keçə bilər

🗓 24.04.2024 18:33 ✍️ "Elçi" qəzeti
"Napoli" klubunun hücumçusu PSJ-yə keçə bilər

İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen Fransa təmsilçisi PSJ-yə keçə bilər. Elchi.az "II Mattino"ya istinadən xəbər verir ki, İtaliya klubu parislilərdən 120 milyon avroluq rəsmi təklif gözləyir. Osimhen cari mövsüm "Napoli"nin heyətində 28 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 110 milyon avro qiymətləndirir. Qeyd edək kii, 2020-ci ildən "Napoli"də çıxış edən 25 yaşlı forvardın klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bənzər yazılar