Cənubi Afrika ölkələrindən biri olan Namibiya 40 timsahı insanları təhdid etdiyini əsas gətirərək satışa çıxarıb.
Elchi.az “The Namibian” qəzetinə istinadən xəbər verir ki, Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyi insanlarla vəhşi heyvanlar arasında qarşıdurmaların azaldılması üçün Zambezi və Kavanqo bölgələrində 40 timsah satmağa qərar verib.
Nazirliyin sözçüsü Romeo Muyunda, milli parklardan kənarda yaşamağa başlayan və insan və digər mal-qaraya zərər verən timsahların uyğun yaşayış şəraiti təmin etməyi öhdəsinə götürən ölkələrə satılacağını bildirib.
Namibiyada mühafizə tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi ilə son illərdə vəhşi heyvanların sayının artdığını qeyd edən Muyunda, bunun da insanların yaşayış yerlərinin məhdudlaşdırılmasına səbəb olduğunu bildirib.
Muyunda, timsahların lazımi yaşayış mühitinə sahib olması və xəstəlik testlərinin aparılması üçün şərtlərə cavab verən ölkələrə timsahların satılacağını vurğuladı.
Namibiya hökuməti 2019-cu ildən bəri vəhşi heyvanların hücumlarına görə vətəndaşlarına 2,3 milyon Namibiya dolları (3 milyon lirə) təzminat ödəməli olub.
Şayəstə Hüseynova