Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Elchi.az xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.
2000-ci il təvəllüdlü Tofiq Pərviz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB
Bakının Xətai rayonunda kafedə kütləvi insident zamanı ölümlə nəticələnən bıçaqlanma hadisəsində iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb....





















Son şərhlər