Nabiullina: Yaxın gələcəkdə fundamental dəyişikliklər gözləmək lazım deyil

63

Rusiya Mərkəzi Bankı nağd pul çıxarılmasına qoyulan məhdudiyyəti uzadacaq.
Elchi.az xəbər verir ki, 2 mart 2023-cü ildə Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina kredit təşkilatlarının Rusiya Bankı ilə illik iclasında elan etdi ki, kapitalın hərəkəti və valyuta əməliyyatları ilə bağlı keçən il qəbul edilmiş bütün məhdudiyyətlər uzadılsın.
Söhbət nağd pul çıxarılması, xaricə pul köçürmələri və qeyri-rezidentlər tərəfindən dost olmayan ölkələrdən vəsaitlərin çıxarılmasına qoyulan məhdudiyyətlərdən gedir. Limit 10 min dollar və ya bu məbləğin avro ilə ekvivalentidir.
Nabiullina vəziyyəti sabitləşdirmək üçün ötən il həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd edib. 2022-ci il ərzində ilkin olaraq görülən tədbirlərin bir çoxu ləğv edildi və ya yumşaldıldı, lakin gələcəkdə, Nabiullinanın fikrincə, əsaslı dəyişikliklər gözləmək lazım deyil, məhdudiyyətlər qalacaq.

Şayəstə