Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İCESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var.
Kult.az xəbər verir ki, bu gün şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar.
İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə – Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.
Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb.






















Maraqlı xəbərdir! Nəsiminin qohumlarının Şamaxıda olması sevindirici haldır. Bu cür tədbirlər xalqımızın mədəni irsini yaşatmağa kömək edir. Mütləq Şahxəndan türbəsini ziyarət etməliyəm.