Nənə 2 yaşlı nəvəsi ilə birlikdə özünü Kürə atıb
Nənə və nəvə intihara cəhd edib.
Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş 
Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib.
Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir.
Hazırda hadisənin səbəbləri araşdırılır.