EN RU

Mərkəzi Bank banklara xəbərdarlıq etdi

>

Bunu da oxuyun

 

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib.

“APA-Economics”in bank dairələrindən əldə etdiyi məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.

“Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsi ilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir”, – deyə məktubda vurğulanıb.

AMB-dən bildirilib ki, 01 fevral 2018-ci il tarixindən etibarən Veb-portalda qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.

Məlumata görə, bu tədbirin məqsədi dövriyyədə olan pulların daha keyfiyyətli olması və saxta pullara qarşı mübarizə kimi göstərilir.

Bənzər yazılar

Next Post

Son xəbərlər

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.  “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.  Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.  Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
WP2Social Auto Publish Powered By : XYZScripts.com