"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Mənəvi terror da terror aktının bir formasıdır”

11 Mart 2024 - 16:19
in Cebhe-banner, MANŞET
#image_title

#image_title

FacebookVatsap

Qüdrət Həsənquliyev: “Şərəf və layaqətin alçaldıldığı ölkədə insanlıq adına yaxşı heç nə ola bilməz, zülm olar, ədalət olmaz”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Bunu da oxuyun

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, Ermənistanda yeni konstitusiya layihəsinin hazır olmasına dair mətbuatda məlumatlar yayılıb. Ermənistanın yeni konstitusiya qəbul etməsi sülh prosesini sürətləndirə bilərmi?

– Sülhə mane olan böyük dövlətlərin siyasi iradəsidir, Ermənistanın konstitusiyası yox. Biz Ermənistanı inandırmalıyıq ki, Azərbaycanın səbri tükənməz deyil. Onu kimin müdafiə etməsindən, silahlandırmasından asılı olmayaraq kəndlərimizdən işğalçı ordusunu geri çəkməli, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalıdır. Azərbaycanın qədim diyarı Zəngəzuru bəxşiş kimi qəbul edib Naxçıvanı Azərbaycandan ayrı salmaq və sonra da yolunu kəsməkdən böyük mənəviyytasızlıq və ədalətsizlik ola bilməz. Ermənistanda hər kəs başa düşməlidir ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsə güc tətbiqi qaçılmaz olacaq. Azərbaycan xalqı və hökuməti buna hazır olduğunu daim nümayiş etdirməlidir. Ermənistan sülh sazişi imzalamayıb müharibəyə hazırlaşırsa biz onun özü üçün əlverişli məqamda müharibəyə başlamasını gözləməməliyik.

– Azərbaycanın Rusiya tərəfindən müharibəyə sürüklənməsinə dair deyilənlərə münasibətinizi bilmək istərdik.

– Bunu ermənilər, ermənipərəst dairələr və onlara sığınıb, onlar tərəfindən bəslənən bizim satqın soydaşlarımız deyir. Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşib deyə, biz öz haqlı tələblərimizdən imtina etməliyikmi? Mən çox arzulayardım ki, Ermənistanın bütün dövlətlərlə münasibəti korlansın və məcbur olub sülhə gəlsin. Ermənistan sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmət etməli,sülh sazişi imzalamalı, təzminat ödəməli, müharibə canilərinin mühakimə olunmasını təmin etməlidir.

– Fransanın Ukraynaya hərbi birləşmələr göndərilməsinə dair çağırışına, Zelenskinin Ərdoğanın Rusiyanın iştirakı ilə sülh sammitinin çağırılmasına dair təklifindən imtina etməsinə, Roma papasının açıqlamasına və ABŞ-ın Ukraynaya yardımı dayndırmasına da münasibətinizi bilmək maraqlı olardı.

– Ukraynaya hərbi birliklər göndərilməsinə dair Makronun dedikləri onun növbəti qeyri-ciddi açıqlamasıdır. Əsgər göndərincə, çox demirəm, 50 ədəd müasir döyüş təyyyarəsi, müasir raketlər versin. Zelenski danışıqlardan imtina barədə verdiyi fərmanın əsirinə çevrilib. Türkiyənin təklifi ona sifətini qorumaqla vəziyyətdən çıxmaq üçün əla şans yaradırdı, çünki sülh sammiti birbaşa ikitərfli danışıqlar deyil. Təəssüf ki, bunu qiymətləndirə bilmədi. Roma papasına gəldikdə, onu deyə bilərəm ki, əksər hallarda din xadimləri Allaha ibadət edib, xalqlara yox, hökmdarlara xidmət ediblər, güclünün yanında olublar. Həm də Papa görür ki, Ukrayna xalqı qeyri-bərabər döyüşdə məhv olur, ona görə təslim olmağı təklif edir. ABŞ-a gəldikdə isə, həmişə demişəm ki, bu ölkə ilə dostluq edib ona güvənənlər mütləq peşman olacaqlar. Əminliklə deyirəm, bu gün Ukraynada ABŞ-a nifrət edənlərin sayı Rusiyaya nifrət edənlərin sayından az deyil. ABŞ Ukraynaya təzyiq edib onun nüvə silahını əlindən alan əsas ölkədir. Ukraynaya kömək etmək bu ölkənin dövlət ləyaqəti məsələsidir, siyasi, mənəvi öhdəliyidir. Amma ölkədə siaysi mənəviyyat korlandığından respublikaçılar prezidentə deyir ki, sən bizim təklifi qəbul etməsən Ukraynaya yardım ayırmayacağıq. Bu da Baydenə sərf edir. Ümid edir ki, bu yolla onları hörmətdən salıb seçkilərdə səslərini azalda bilər. Baydenin Konqresin razılığı olmadan belə, başqa yollarla Ukraynaya kömək etmək imkanı var, amma etmir. İstəyir ki,Ukraynada daha böyük faciələr yaşansın və bəzi vicdanlı amerikalılar Trampdan üz döndərsin.

Bilirsiniz, mənəviyyat korlananda zülm ərşə qalxır, qanunsuzluq, müharibələr başlayır, sosial ədalət itir. ABŞ-da bütün mənəvi dəyərlər, beynəlxalq öhdəliklər daxili mübarizədə qurban verilib. Hər şey ABŞ-ın ikili standartlar siyasətindən başladı. Bunu görən Elçibəy deyirdi ki, bu ölkə dağılacaq. İndi ABŞ-ın özündə belə çoxları bunu deyir. Cəmiyyət parçalanıb, qara dərililərə və ispan dillilərə dözümsüzlük günbəgün artır, nifrət vətəndaş müharibəsinə yol açacaq qədərdi. Tərəflər öz “lider”lərinin ən alçaq hərəkətlərinə haqq qazandırmağa, onu müdafiə etməyə hazır görünür.

Həm Ukrayna, həm Rusiya müharibədən çıxmağın yolunu tapmalıdır. Bu mümkünsüz görünsə belə. Yoxsa, bu iki slavyan xalqı bir-birinin qanını hələ çox axıdacaq.

– Qüdrət bəy, mənəvi terrorla mübarizəni necə təsəvvür edirsiniz?

-Azərbaycanda məşhur atalar sözü var: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Mənəvi terror da terror aktının bir formasıdır və bu cür də qəbul olunmalıdır. İnsan şərəf və ləyaqəti onun həyatı və sağlamlığı qədər dəyərlidir və eyni səviyyədə qorunmalıdır. Şərəf və layaqətin alçaldıldığı ölkədə insanlıq adına yaxşı heç nə ola bilməz, zülm olar, ədalət olmaz. Hətta heyvanlar da onlara qarşı pis rəftarı bağışlamır. Biz coğrafi baxımdan Avropada yerləşsək də müsəlmanıq və şərqli mentalitetinə sahibik. Hər bir ləyaqətli şəxs ona güllə atıb ölümcül yaralayan şəxsi bağışlaya bilər, amma onu ağır formada təhqir edəni yox. Ona görə də insan ləyaqətini alçaldanlar heç bir halda məsuliyyətdən yayına bilməməlidirlər. Bu cəmiyyətin dayaqlarını dağıdır.

Previous Post

“Mənəvi terror da terror aktının bir formasıdır”

Next Post

Ordumuz erməni PUA-sını məhv etdi

Bənzər yazılar

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00

NATO-nun Baş katibi Mark Rutte Niderlandın "NPO 1" telekanalının efirində çıxış edərkən Rusiya ilə münaqişənin nizamlanması çərçivəsində Ukraynanın ərazi məsələsində...

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Next Post
Ordumuz erməni PUA-sını məhv etdi

Ordumuz erməni PUA-sını məhv etdi

Ordumuz erməni PUA-sını məhv etdi

Ordumuz erməni PUA-sını məhv etdi

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.